Qonaq Kitabı
ƏFƏNDİYƏ

Dəng eyləmə məni, artıq qalmamış,

Ehtiyacım cənnətinə, əfəndi!

Hanı səndən huri satın alanlar?!

Onlar gəlsin xidmətinə, əfəndi!

 

İnan ki, bir başqa «əmması» yoxdur,

Şerimin büsbütün vicdanı aydın.

Eşqimin bir başqa «iması» yoxdur,

Onun haqqa tapan imanı aydın.

 

Baxsın bəsirətsiz gəlib-keçənlər,

Doğrunun yerinə əyri seçənlər.

Bilsin bu haqq sözə kəfən biçənlər,

Ki, mənim eşqimin Quranı aydın.


Quba, 10 avqust, 1922

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info