Qonaq Kitabı
İSMAYIL BƏY QASPRİNSKİ ÜÇÜN

Milli sazlar çalır matəm... müsibət...

Başdan-başa qan ağlayır bir millət!

 

Dağlarına çökmüş matəm havası,

Baxtım ağlar türkün bağı-bağçası.

 

Dedim: nədir dərdin, yoxmu çarəsi?

Nədən qara geymiş dostlar obası?

 

Oxunur alnında dərin bir tasa,

Qoca Türk, sən nədən batdın bu yasa?!

 

Dutmuşsa bənzərsən xanlar əzası,

Çoxmu böyük dərdin, yoxmu dəvası?

 

Ortaq çoxaldıqca kədər azalar,

Anlat, bu duruşun məni yaralar.

 

Bayatına yaslı şerim qoşulsun,

Sənin dərdin, mənim şerim bir olsun!

 

Yıxıldı bir Kəbə mövtin əlindən,

Yanıq bir səs gəlir zəmzəm elindən.

 

Hacər qurban verdi, tanrı sınadı.

Mənimkini qoyub, onu almadı.

Gəncə 22 sentyabr, 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info