Qonaq Kitabı
QAFQAZLISAN, SEV QAFQAZI

Sev bu yalçın qayaları,

     bunlar şahin yuvası...

Sev bu izsiz ormanları,

     bunlar ərlər obası,

Olduğunu keçmiş günlər geri dönsə,

     bilərsən!

Lakin indi günahımız çox böyükdür,

     əl vurma!

Qadınlardan belə qorxaq kişilərdən

     iş sorma!

Əsrlərcə Qara dəniz hayqıraraq,

     coşaraq,

Bu ölkənin hər yerini

     bu dağlardan aşaraq,

Yığılsa da, cəhənnəmlik qara üzlər

     ağarmaz!..

Dünyada bütün illər bir araya toplansa,

     Ölkəyi gedərəməz. Ey ulu haqq bağışla!

Yox, müqəddəs göy üzünə

     səslərimiz gedəməz!

Namussuzluq çox alçaqdır,

     bizi haqdan dinləməz!

Qorxaq, alçaq bir millətə

     Tanrı da yol göstərməz!

Ay qardaşlar, iş başına!

     Biz də bir iş görəlim!

Yarın, haqqın hüzuruna

     dutalğacla gedəlim!

Yoxsa bizim mənliyimiz, varlığımız

     bitəcək!

Tarix bizə lənət edib,

     namus bizi itəcək!


25 yanvar, 1911

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info