Qonaq Kitabı
ŞƏHİD ƏSİR

Əsirim, umdum ki, Xızrın gələcək,

Çıxdım ki, yollara edim sorağın.

Dedim: gəlsən, könlüm, gözüm güləcək.

Baxdım, bu kök boynun, solğun yanağın,

Əsir cənazənlə qarşıma çıxdın!

Bir quşa zülm etdin, bir yuva yıxdın!

 

Şəhid qardaş, bu gün sizin obalar,

Ana rəğib səni düşünüb ağlar.

Qardaşı yada salmaq böyləmi olar?!

Qapanmaz gözlərin, bir sözünmü var?

Qəbrin gül açınca ağlaram sənə!

Qara gün keçincə, ağlaram sənə!

 

Dağlar gülümsərkən dumanlar aldı!

Bükülməz qolların nədən boşaldı?

Gəldin, yoxsul ninən kimlərə qaldı?

Ölmə, qardaş, ölmə, düşmən çoxaldı!

Ölsən də, söz yox ki, qanın coşacaq!

Düşmən boğmaq üçün dağlar aşacaq!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info