Qonaq Kitabı
DƏRDİM

Qərib könül, yenə dərdin yüksəldi,

Gördünmü keçmişin haldan gözəldir!

Aşdın, coşdun, dünya sənə dar gəldi.

Ağla, ağla, qoy tükənsin göz yaşın!

Burax, o da getsin, mənəm sirdaşın!

 

Zülm daşı tökür zülmün havası,

Azğınlarla doldu allah obası.

Xəlilə söyləyin: Kəbə binası,

Yıxıldı Hüccacın murdar əlindən!

Yanıq bir səs gəlir zəmzəm elindən!

 

Haq görmədim mən anaçün saraldım,

Boş yerə deyildir qəmimlə ahım.

Sınasın Əyyubi indi allahım.

Mal, can dərdi deyil, vicdan əsirdir!

Xəstə deyil, yazıq insan, əsirdir!

 

Doğma oldu artıq sağlıq ulduzu,

Ay görmədik, gecə saydıq ulduzu,

Nədən gəlməz, allah, səhərin qızı?

Gülsün ki, yolçular yol üstündədir.

Mən ağlaram, çünki könlüm xəstədir!

Bir xəstə ki, yazıq yol üstündədir!

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info