Qonaq Kitabı
MƏN KİMƏM?

Soranlara mən buyurdum,

Anlatayım nəçiyəm:

Mən çeynənən bir ölkənin,

Haqq! - bağıran səsiyəm.

 

Mən şairəm, doğru, amma,

Başqa dilim, diləyim.

Bu gördüyüm xərabada,

Nə nəşidə söyləyim?!

 

Toxundumu yazdıqlarım,

Qəlbin incə telinə?

Bax, nə haxsız bir axın var,

Yoxsulların elinə.

 

Sən nə deyirsən bu sevdalı,

Həm bu dərdli gedişə?

Ey yarımın həsrətilə,

Boynu bükük bənövşə?!

 

Mən qıyamam yar gəlirkən,

Salladığım məndilə:

Ah, ey fələk, ağlar isəm,

Göz yaşımı kim silə?..

 

Gəncə, 20 dekabr, 1919

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info