Qonaq Kitabı
YAZIQ

Dəniz dərdə düşər, dalğalar ağlar,

Dağlar dərdə gəlsə, dumana yazıq!

Sənsiz öz elində qərib kəsilib,

Durnalardan xəbər umana yazıq!

 

Bir quş oxur bizə sabah əzanı,

Çağırmaqda yola yoldan azanı.

Ərənlər söyləyən, allah yazanı,

Duymadan yox olan imana yazıq!

 

Zəmzəmin dərdini dinləyən qardaş,

Ölkəndə bir könül yapmaya uğraş,

Açılınca yollar Kəbəyə bir baş,

Bir könul yapmayan vicdana yazıq!

 

Gün batanda, sarı bulut sarısı,

Söylər, sizə düşmüş dərdin yarısı.

Ey elin xanımı, qızı, qarısı,

Əl açmış bacılar düşmana, yazıq!

 

10 fevral 1917, Çakva

Azərbaycan mühərrir və şairləri tərəfindən nəşr edilən

“Qardaş köməyi” üçün yazılmışdı.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info