Qonaq Kitabı
Bir gül əkdim, açılmamış dərdilər

Bir gül əkdim, açılmamış dərdilər,

Zəhmətimdən mənə bir tikan qaldı!

Əmək çəkdim, gün keçirdim, gül əkdim,

Əməyimdən solğun bir fidan qaldı!

 

Nə yazım yaz, nə də günüm gün oldu,

Könlümün çiçəyi açmadan soldu.

Qanadımı bir uğursuz əl yoldu,

Yerində bir damla quru qan qaldı!

 

Söylədiyim boş söz, tökdüyüm qan-yaş,

Haqqıma – kimisən - əl vurma, yavaş!

Yavaş ki, dərdimə ağlayan qardaş

Yerinə arxamda bir düşmən qaldı.

 

Yaralandım, sarmadılar yaramı,

Yas gününə döndərdilər bayramı,

Əlimdən aldılar son bir çarəmi,

Əsəri ruhumda bir fəğan qaldı!

8 aprel, 1913

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info