Qonaq Kitabı
DAN ULDUZU

Bu qaranlıq gecə nə qədər sürdü,

Yetiş imdadıma, ey Dan ulduzu!

Barı sən gəl, mənə yuxu gəlmədi,

Yetiş fəryadıma, ey Dan ulduzu!

 

Qudurğan qasırğa, çarpaşıq yollar,

Yolumda zülmət var, uçurumlar var.

Yetiş ki, ömrümün karvanı ağlar,

Aman, gəl dadıma, ey Dan ulduzu!

 

Bu sönük ulduzlar məni aldadır,

Süzgün gözlərinlə gəl onu andır.

Gözlərim yolunda, üzüm haqdadır,

Aman, sən yox demə, ey Dan ulduzu!

Gəncə, 21 fevral 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info