Qonaq Kitabı
BEŞİK

Yeni doğmuş bir körpəyə,

Qul olur, qulların beşik.

Neyçün sevinməsin, nəyə?

Sevinir, sallanır beşik.

 

Bizi gülüb dindirməyə,

Gələn körpə ağlar yenə?

Bir at istər mindirməyə -

At olur, çullanır beşik.

 

Uzaq bir yol, yalnız ana...

Könül kömək umar ona.

Yalvartmadan ona-buna,

Yar olur yollanır beşik.

 

Babanın alnının təri,

Qurumazsa, vardır yeri.

Məmədən süd əmənləri,

Aldadır, allanır beşik.

 

Bacamızdan çıxan duman,

Deyir halım deyil yaman.

Evdə uşaq doğan zaman,

Şən olur, dallanır beşik.

 

Beşik baxmaz heç bir kəsə,

Qulaq verir gələn səsə,

Nənə bir nəğmə söyləsə,

Yel olur yellənir beşik.

 

İyul 1917, Çakva

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info