Qonaq Kitabı
PƏRİZADƏ

Süzər yaşılbaşlı sonalar kimi,

Oxur pərizadə ləzgi qızları.

Dadmışlarmı nədir eşqin camını,

Gəlmişdir fəryadə ləzgi qızları.

 

Bilməzlər ki, məndə bir qığılcım var,

Bircə zərrəsindən yanar dünyalar.

Etdilər könlümü yaxşı tarmar,

Gəlməzlər ki, dadə ləzgi qızları.

 

Oynadaraq durur gözəl, gözəli,

Eşq anlayanların yorulmaz əli.

Süzgün gözlərini yana süzəli,

Saldı məni oda ləzgi qızları.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info