Qonaq Kitabı
ALMASIM ÜÇÜN

Qızıma


Bir il bundan əvvəl bir səhər erkən,

Günəş üfüqlərə sırma düzərkən,

İşıqlar zülməti saldı kəməndə.

Günəşlə bərabər oyandın sən də.

Yuyundun, darandın, qarlar kimi saf,

Tellərin sığaldı, gözlərin şəffaf,

O axşam yazdığım dəftəri tutdun,

Neylədim, baxmadın, şer oxutdun.

Bir şer yazmışdım, dərdi-dilimdən,

Çox bəyəndin, qızım, öpdün əlimdən.

Qələmlə qəlb andı o günkü halı,

Sən getmiş olsan da, çıxdın vəfalı,

Səni illər boyu yad edər deyə,

Qələmlə birləşdik, yazdıq mərsiyə.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info