Qonaq Kitabı
AT BU ÇADRANI

Səni gözdən eyləyən,

Gözdən iraqlaşdıran,

Bu uğursuz çadranı

Fırlat qaranlıqlara.

Bitdi qaranlıq gecə,

Söndü zülmət, atdı Dan,

Nə gizlənmək vaxtıdır,

İş hara, çarşaf hara?

 

Dörd divarın içində,

İşıq, günəş görmədən,

Bəsdir qulaq verdiyin

Qədirbilməz səslərə.

Bir yeni hiylə tapdı,

Məhvin üçün hər yetən,

Dost ikən düşmən oldun

"Can!" dediyin kəslərə.

 

"Namusu" zindanlarda,

Zəncirlərdə görənlər.

Ölmədən əndamına,

Kirli kəfən taxdılar.

Bir çox qanlı əsrlər,

Bilmədin ki, həyat var;

Cəhənnəm qorxusuyla

Gül vücudu yaxdılar.

 

Nə idin, zavallı, sən:

Canlı, yaylı bir bəbək,

Güldüyün görünürdü,

Göz yaşın bilinməzdi,

Yağıydı hər kəs sənə.

Bilərək, bilməyərək.

Çökərdin bucaqlara,

Tozların silinməzdi.

 

Yer üzündə insanlar,

Tapınırkən sevgiyə;

Sən sevəcək oldunsa,

Nəsibin oldu bir ah!

Hər dəfə sevdiyində

"Qadına haq yox", deyə

Bir ağızdan bağırdı

Müctəhidlə padişah.

 

Eşitdim ta əskidən,

Daş bütlərin önündə,

Qurbanlıq qoyun kimi

Baş əyirdin bıçağa.

Deyirlər, elə şeylər

Var dünyada bu gün də:

Nə günlər keçirdin sən

Yetişincə bu çağa...

 

Bir dilsiz quzu kimi,

Palas bığlı tacirə,

- İstəməz, xatırlama -

Satıldığın günləri.

Şirvanın bazarından

Sürürlərdi hər yerə;

 

Bağlananlar zülfünə,

Misirdən, Hinddən bəri.

 

Qaranlıq gecələrdə

Karvanlar keçir ikən,

Yurdunun əfsanəli,

Yoncalı yollarından,

Qaçmaqmı istəyirdin,

Ya nədən də qəflətən

Əsirçilər yapışdı

Saçından, qollarından?

Bir az sonra Bağdadda,

Buxurdanlı sarayda,

Dərdli qəlbin qanından

Mey sunardın vəzirə.

Dalğadan kəfənilə

Dəclə adlı bir çayda,

Qanlı bir toy etdilər

Sən sevdiyin əsirə.

 

Aç, tarixi vərəqlə,

Qanlı səhifələrdə

Axıtdığın qanı gör

Əsirlər karvanında.

Eyni dərdlə inləmiş

Boğuq səsin hər yerdə.

Dünyanın hər yerində

Misrində, İranında.

 

Deyirlər, qısqanclıqdan

Bilməm hansı peyğəmbər

Bir əbədi intiqam

Almaq üçün qadından

Demiş ki: "Gizlənməli

Bütün çirkin, gözəllər;

Əmrdir çarşaf sizə

Allahımın adından".

 

O qanlı gündən bəri.

Dodaqlarında yox qan;

O qanlı gündən bəri

Hıçqırıqla boğuldun.

Şah olsun, dərviş olsun.

Nankor imiş bu insan;

Süd verdin insanlığa,

İnsanlıqdan qovuldun.

 

İndi artıq yıxıldı,

Batdı qanlı saraylar.

Devirdilər taxtını

Qan içən padşahın.

İndi dinin dilindən

Bambaşqa bir zikir var;

Fərqini anlayan yox

Savab ilə günahın.

 

Gəl, gecikmə, çıx artıq,

Çıx qarış insanlara!

Vur başına zahidin

Eşqini, imanını;



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info