Qonaq Kitabı
OLSUN QOY

Həyata gəldiyim gündən bəlaya çarpıldım,

Alışdı qəmlərə könlüm, o yarım olsun qoy!

Sənin ki, eşqinə ruhum pərəstiş eylərdi,

Fəqət, dedin, dəli ruhun şikarım olsun qoy!

 

Vəfalısan dedim; eşqin könlümdə bir getdim,

Könül, yoran nə var altında məhv olub bitdim.

Səninçün hər şeyi, həm kainatı tərk etdim,

Bu göz yaşında fəqət ixtiyarım olsun qoy!

 

Yalançı bir görünüş ay, günəş, bu ulduzlar,

Yalandı həm bu baxışlar, bu nazənin gözəllər,

Yalan bu eşq, bu sevda, bu atəşin sözlər;

Busəndə barı həqiqət şüarım olsun qoy!

 

Neyçün bu cür tanrım, bəlalı gün verdin,

Bu nazlı afətə vurğun cahanə göndərdin.

Baharı eşqimi, yavrum, xəzanə döndərdin,

Bu dərdli günlərim artıq baharım olsun qoy!

 

Nigar xilqətə sordum; nədir bu mənalar,

Bu eşq, nalə, bu hicran, bu dadlı xəyallar.

Nədir həyata gülən bu dərdli müəmmalar,

Götür bu pərdəni bir aşikarım olsun qoy!

 

Dedi: həyat özü bir ayrılıq, kədər bir qəm,

Nə çarpırsa gözə, hamısı bir yığın matəm.

Bu göz yaşında boğulmaqsa tale-aləm,

Bitmədi göz yaşı, hicran məzarım olsun qoy!

 

Bəşər həyata sığınmış o bir yığın torpaq:

Vücudu, varlığı yüz min bəlaya oynaq.

Bu gün varizdə yarın kim bilir nələr olacaq,

Fəqət, bu, neçə söz yadigarım olsun qoy!

1923-cü il.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info