Qonaq Kitabı
RÖYASINI GÖRMÜŞDÜM

Mən röyada nazlı yarın,

Tellərini hörmüşdüm.

Bu sevincli zamanların,

Röyasını görmüşdüm.

 

Elin dalğın olduğu gün.

Xülyam məni güldürdü.

İnanmayan imansızın,

Dərdi məni öldürdü!

 

Bir zamançün bizim günəş,

Qara tülə sarıldı.

Hər kəs ondan ümidsizkən...

Mənim könlüm darıldı.

 

Unudarıq kor sevdanı,

Yaşıl söyüd dallarında.

Mənim gözüm ilk aradı,

Onu Turan yollarında.

 

Bir gün oldu: bizimkilər

Oldu bizi bəyənməz.

Mən dedim ki, millətimin

Sərmayəsi tükənməz!


Hacıkənd, 5 avqust, 1918

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info