Qonaq Kitabı
Y.P.ORBELYANİ

Qızıl gəncliyimin dəyərli dostu

Alagöz Yelena, xanım Yelena!

Vəfasız deyiləm ölüncəyədək,

Hazıram başına dönüm, Yelena!

 

Neyləyim ki, fələk çox yaman sıxdı,

Onsuz da viranə qəlbimi yıxdı.

Dostlarımın çoxu vəfasız çıxdı,

Heyrətdən qurudu qanım, Yelena!

 

Gürcüstan qəşəngdir, buna yox sözüm,

Gəzərkən yurdunda sevinir gözüm.

Gürcü yaxşı dostdur, görmüşəm özüm,

Onlardan birinci, canım Yelena!

 

Qəlbim kimi qəlbin, bilirəm, safdır,

Var olsun gözlərin, yaxşı sərrafdır.

Deyənlər var: “Dostluq bir quru lafdır”,

Onları insanmı sanım, Yelena?!

 

Doğrudur, dostluqda keçən bu on il,

Sevən bir qəlb üçün çox ömür deyil:

Ancaq mən istərdim, onu yaxşı bil,

Ağarsın tellərin, yanım, Yelena!

 

1935-ci il, 10 iyul 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info