Qonaq Kitabı
MAXMUROVA ÜÇÜN

Məxməri ormanlarda çiçək dərdiyin yerdə,

Baxarsan çiçəklər var açar kölgəliklərdə,

Bənzəməz bu çiçəklər qaynar qanlı laləyə,

Lalələr ki, oxşayar qan dolu piyaləyə.

Bənzəməz bu çiçəklər Günəşdən doymuş gülə,

Onların ətirləri bəzən duyulmaz belə.

Ruhumu sərməst edən çiçəklər də gördüm mən,

Onların hər tacı da qıvırcıqtel yasəmən,

Onlarda rəng də vardır, qoxu da tabax-tabax..

Ancaq bu gün gördüyüm bu incə dallı zambax

Bir süzülüb gedincə satar yaşıl sərvə naz,

Gül sərrafı olmayan bundan bir şey anlamaz.

Varsın yanaqlarında çıxmasın qızğın günəş,

Mənim küskün ruhuma, belə gözəllərdir eş;

Yetişmiş əfsanəli kölgələrin qoynunda;

Bu qızdan çəkinməli qorxulu eşq oynunda.


11 fevral 1935-ci il 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info