Qonaq Kitabı
Görünməz yollardan gələn səsləri

Görünməz yollardan gələn səsləri,

Tükənməz eşqimlə səninki sandım!

Qəribsədim sənsiz o gündən bəri,

Şikayət olmasın, artıq usandım.

Sazlar, bayatılar mühitdən anlar,

Bilirmisən, bunlar səninçün ağlar!

 

Çoban anar səni, tütəyi sızlar!

Ellər toy eləməz yolunu gözlər.

Bəzənmiş gəlinlər, nişanlı qızlar,

Yolunda səpilmiş güllərə bənzər!

Qarılar, qocalar yolların üstə,

Qış görmüş ellərdən gül-çiçək istə.

 

Keçdiyin yerlərdə bir daş olaydım!

Öpəydim yorulmaz ayaqlarından!

Sevgin əmr edəydi, bir quş olaydım!.

Vətənin hilalsız bucaqlarından,

Ulduzsuz göyündən şikayətim var!

O qədər ki, dərdim!.. Bir quş nə yapar


1917

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info