Qonaq Kitabı
BUNUMU İSTƏRDİN

Çoxdan bəridir ki, bu zavallı könlüm,

Mən səndən aldığım nur ilə yaşammayır.

Sənin yadigarın ruhumdakı bu ölüm,

O coşmaq istəyir, amma ki, coşmayır.

 

Qaranlıq bir yolda söndürdün çırağımı,

Elə zənn etdin ki, bir daha yanmayacaq.

İndi bir nazənin almaqda sorağımı,

O keçən yolların bir qurbanıyam ancaq!..

 

Mən and içmişəm ki, o gün səndən sonra,

Yalvarmayacağam artıq heç bir gözələ.

Ancaq günlər keçdi, sağaldı əski yara,

Bax onun qəlbində yox nişanı belə.

 

Mən artıq o eşqi sərsəri deyiləm ki,

Sənin dənbərlərində tökəyim göz yaşı.

Bu kəskin üsyanı sən anlamazsan bəlkə,

Bir başqa mehraba əyiyorum başımı.

 

İstədiyin kimi sən qalx onları dara,

Artıq nə mənası vardır, ağarmış tellər!

Qaldır bu güzgünü vur bu dilsiz divara.

Sonra da güzgünü qaranlıqlarda göstər.


1925

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info