Qonaq Kitabı
O QIZA

.Nəzmiyə)


Ömür dedikləri çarpaşıq bir yol,

O çarpaşıq yolun yolçusuyam mən;

Gəl, yolum üstündə bir sözüm vardır:

Gözəl qız, bu yolda gəl Xızrım ol sən!

 

Sevda dedikləri çılğın bir dəniz,

Mən çıxdım dənizə, qaldım yelkənsiz.

İstəmərəm ölüb qurtarım sənsiz,

Sənsiz hər ikisi nə gücdür bilsən!..

 

Söyləsəm dərdimə göydə ulduza,

Olur çox pərişan dərd yaza-yaza...

Bir deyən yoxdur o gözəl qıza,

Verdiyin dərdlərin dərmanı kimdən?!

 

Çılpaq çiyinlərə pərişan tellər,

Dökülür, aşiqi pərişan eylər.

Neyləyim, dərd bilən deyil bu ellər...

Ağla, yazıq könlüm, yoxdur bir kəsin...


5 mart, 1919, Gəncə

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info