Qonaq Kitabı
MADONNAYA

Mən, doğrusu, bu boşluqda dolaşan,

Məfkurəsiz sərsərinin biriyəm.

Sən deyirsən misallarda duyduğun,

Eşitdiyin əfsanəvi pəriyəm.

Nə lüzum var dəlil, sübut bulmaya;

Mən azıram sənin qulun olmaya.

 

Heç deyildir gözəllərin dilbəri,

İnandım ki, sən bir pərisən, pəri!

Tək alnına o avara telləri,

Qoy olayım bundan belə sərsəri.

Ağladaraq əski qırıq sazımı,

Canlatayım bir az sönük yazımı.

 

Bu doğrudur, sevda olur əzəli,

Mən şairəm, həyatımdan bezəli.

Ancaq mən bu fırtınada üzəli

Görməmişəm sənin kimi gözəli.

Qoy başına gözəlliyin tacını,

Könlümdən al qulluğunun bacını.


1922

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info