Qonaq Kitabı
UNUDULMUŞ SEVDA

Soruşursan, səni sevdaya salan,

Hardadır o indi qızlar gözəli?

Mən unutmuşdum o sevdanı, inan,

Duyğusuz qəlbili dövranın əli

Məni sarsıtdı, unutdum adını,

Mənə, gəl, sorma o solğun qadını!

Məni çox gənc ikən ağlatdı zaman,

Çəkərək pərdə o xoş mənzərəyə.

Mənim ilk eşqim, ilk əldə haman

Kömdülər, bilmədim, amma nərəyə?

Onu döndərdi xəzan yarpağına,

Nə deyim mən o yerin torpağına!

 

Anlaşılmaz düşünüb söylədiyim,

Nə durur qəlbim o gündən, nə duyar,

Mən ki, hala yenə sərsəm kimiyəm,

Yenə qəlbimdə o dərdin izi var.

Lənət ömrün bu ağır illərinə,

Onu döndərdi xəzan yellərinə.

 

Bir soran yoxmu o zalım fələyə,

O mənim gəncliyimin qatilinə:

Niyə qıydın sən o solğun mələyə?

Bu vurub, yıxmağının qayəsi nə?

Nə deyim, böylə, bu mənasız işə

Sonu yox, sıtmalı sərsəm gedişə...


1923 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info