Qonaq Kitabı
GÖZƏL QADIN

Sən kimdən öyrəndin belə ədanı,

Ey xəstə şairin ilhamı gözəl?

Solğun dodağından cami-sevdanı,

İçirmişdir mənə saqiyi-əzəl.

 

Gözəllik tacını qoydun başına,

Dünyaya çökmədən kabusi-ələm.

Sən bir mələksən ki, baxıb qaşına,

Əlində şairin titrəmiş qələm!

 

Söz yox ki, hüsnünə xilqət günündə,

Qüdrət qələm çalmış, susmuş mələklər...

Əvvəl cansız ikən, sonra önündə,

Quşlar gəlmiş dilə, gülmüş çiçəklər.

 

Anıldıqca sənin sevgili adın,

Bulmuş kamalını şerin hünəri;

Qarşında diz çökmüş ey gözəl qadın,

Dünyanın ən böyük sənət ərləri.


1924

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info