Qonaq Kitabı
NƏDƏN YARANDIN

Sən qüdrətin aşıb-coşan vaxtında,

Mələklərin gülüşündən yarandın.

Səhər dilli bir fırçanın əliylə,

Ahuların duruşundan yarandın.

Ay işığı; gözəlliyin, qızlığın,

Çiçəklərlə öpüşündən yarandın.

Sərinlətdin baxışınla könlümü,

Buludların uçuşundan yarandın.

Qaranlıqda boğularkən ümidim,

Dan ulduzu yürüşundən yarandın.

Masəvadən uçmuş birər kölgənin,

Dan yerilə göruşündən yarandın.

Gözəllikçin təbiətlə qüdrətin,

Yavaşca bir sovuşundan yarandın.

Qələm əldə ilhamımı dinlərkən,

Sən qəlbimin vuruşundan yarandın.


28 may, 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info