Qonaq Kitabı
Səhər zamanıydı əsərkən yellər

Səhər zamanıydı əsərkən yellər,

Düşərkən jalələr oyatdı səni.

Çatıldı qaşların, darıldın mənə,

İslatdı jalələr nazik bədəni.

 

Bütün bir səhəri yalvardım durdum,

Boş qalmış qoynuna çiçək doldurdum.

Gülzarına quran deyə əl vurdum,

İnanmadın niyə, gülmədin yəni.

 

And içdim ki, könlüm sənsiz yaşamaz,

Sənsiz, o bir ağlar telli sınıq saz.

Qollarına verdin o dəm bir pərvaz,

Oxşadın sinənə cansız düşəni.

 

İndi sənsiz xəstə könül sərsəri,

Dolaşmaqda bütün qürbət elləri.

Ey könlümü bir yol güldürən pəri,

Niyə ağlar qoydun illərcə məni.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info