Qonaq Kitabı
SƏN

Ruhum müdhiş bir qaranlıq içində

Çırpınırkən, imdadıma yetişdin.

Fırtınalar ümidimi boğarkən,

Xızrım oldun, fəryadıma yetişdin.

 

Bir sınıq şəhpərlə çıxmışdım yola,

Üzlədiyim yeri görmədən əsla,

Yorğunluq çökmüşkən qanada, qola,

Qüvvət oldun, qanadıma yetişdin!

 

Azmışdım yolumu... qarşımda ölüm...

Yaslara batmışdı gülüm, bülbülüm,

Ölmüşkən əməlim, solmuşkən gülüm.

Gözlərinlə sən dadıma yetişdin!

 

1913, 8 noyabr

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info