Qonaq Kitabı
ÜMİDİMƏ

Mənim bu gün

cəhənnəmlik duman almış yollarımı,

Bir əzrail pəncəsi ki,

sarmış cansız qollarımı.

Bir yolçuyam,

səmum yeli doldurmuşdur gözlərimi,

Bir qərib ki,

yad ellərdə anlayan yox sözlərimi,

Barı sən gəl, ey gözəl qız,

Ey ruhumda doğan ulduz,

Göstər mənim qibləm hanı?

 

Bir zülmkar dəmir qəfəs...

Boğulacaq ömrüm yazıq.

Parçalandı xəstə könlüm,

parçalandı sənsiz artıq.

Günahkarın ah-zarını

nə haqq dinlər, nə də insan,

Yetişərsən fəryadıma,

fəğanımı duymuş olsan.

Barı sən gəl, gözəl mələk,

Gözlərimə bir qanad çək,

Göstər mənə cənnət hanı?

 

11 aprel, 1914

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info