Qonaq Kitabı
KÜSƏYƏNLƏR

Başdan zor görürəm, bezdim ayaqdan,

Bezikmişəm, vallah, könül almaqdan.

Görünür, bizimki əyilmiş haqdan:

Anamız küsəyən, arvad küsəyən!

Əqraba küsəyən, evlad küsəyən...

 

“Can!” dedim, ömrümdə eşitmədim “can!”,

Biçarə qəlbimi üzdü həyacan;

Müxtəsər, könlümə neştərlər sancan -

Həm qohum küsəyən, həm yad küsəyən.

 

Fələk polad kimi qəlbi enərmiş,

İnsanın iqbalı yaman dönərmiş!

İndi anladım ki, ocaq sönərmiş:

Ev əhli küsəyən, evlad küsəyən.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info