Qonaq Kitabı
BAYATILAR

Haçansa Əhməd Cavadın dilindən çıxan bu bayatıları jurnalist Yusif İsmayılov şairin vəfalı həyat yoldaşı Şükriyyə xanımın yaddaşından yazıya köçürüb. Əlbəttə, bayatıların qeydsiz-şərtsiz Əhməd Cavadın olduğunu demək çətindir. Sonuncu bayatıda şairin oğlu Niyazinin adı çəkildiyindən bunun şübhəsiz Əhməd Cavada aid olduğunu söyləmək olar.

 

Üç qərənfil verəyim,

Aç qoynunu: girəyim.

Sən ordasın, mən burda,

Soyuqdanmı öləyim?!

 

Dağlar dağlara baxar,

Atəşin bəni yaxar.

Həlbət bir gün gələcək:

Gözün gözümə baxar.

 

Ay işıqdır, işıqdır,

Dam dama ilişikdir.

Hal tutmasın annesi:

Oğlu bana aşiqdir.

 

Armud dalda ballanır,

Yerə düşür, xallanır.

Oğlan padşah olsa da,

Yenə qıza allanır.

 

Yazı yazdım yaz idi,

Qələmim bəyaz idi.

Qınama, bəyəfəndim,

Mürəkkəbim az idi.

 

Gedəlim əlinizdən,

Qurtulum dilinizdən.

Yaşılbaş ördək olsam,

Su içməm gölünüzdən.

 

Ay uzana-uzana,

Sözüm düşdü yazana.

Hər adam sözü bilməz,

Söz çıxardar yazana.

 

Niyazi - qara kədi (pişik),

Südün üzünü yedi.

Qəbahət annesində:

Dolabı kitləmədi.

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info