Qonaq Kitabı
NİYƏ GƏLMƏDİN

Meydən könül küsdü, sənə sarıldı,

“Gəldim” dedin durdun, niyə gəlmədin?

Andım səni, mənə göylər darıldı,

“Bildim” deyib durdun niyə gəlmədin?

 

Artıq mənim yarım deyil xəyalı,

Heç bir qaşa bənzətmərəm hilalı,

Bir dəliyəm sənə məftun olalı,

“Bildim” deyib durdun, niyə gəlmədin?

 

Sızlamaram hər bir kiçik yaradan,

Mənim qönçəm gülmüş bahar olmadan.

Birləşin, söylədi bizi yaradan,

“Bildim” deyib durdun, niyə gəlmədin?

 

Pərişandır könül, pərişanam mən,

Gözəl qız, gələrsən, dərdimi bilsən,

Gəl, bu yad ellərdə şənliyim ol sən,

“Gəldim” deyib durdun, niyə gəlmədin?

 

Qələm sağər, deməz, etməz istiğfar,

Səninçün sərxoşdur, saçılar yazar,

Mən səni sevmişəm, bunu kim pozar?!

“Bildim” deyib durdun, niyə gəlmədin?



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info