Qonaq Kitabı
XULUQDA

Soyuq bir cəhənnəm bir yaman ölkə,

Soyuq güc gətirdi sığındım kürkə.

Bu kürk olmasaydı, gəlməzdi bəlkə,

Bu imansız qışın yazı Xuluqda.

 

Bir məktəb verdilər eyni buzxana,

Ayaqlarım məni doydurdu cana.

Gecələr saldılar kirli yorğana,

Dedilər: ol buna razı, Xuluqda.

 

On beş gün istədim bir qalın corab,

Bir müsəlman oğlu vermədi cavab.

Mən necə söyləyim, kim çəksin hesab?

Yoxdur ki, bir adil qazı Xuluqda.

 

Gecə qar, gündüz qar, axşam-sabah qar,

Deməzlər ki, burda bir müəllim var...

 

Bağlamış qapını cüt arvadlılar,

Qızdırıb söhbəti-sazı Xuluqda.

 

Yığıldı hamısı - ağsaqqal, hampa

Boyun oldu hər şey, bir də bir lampa.

Gəldilər: lampa var, şüşə yox amma,

Yandıraqmı hava qazı Xuluqda?

 

Bu kənddə nə çoxdur «baş üstə», «bəli»,

Beləliklə işlər getməz irəli,

Qorxum budur: əssə kidi yeli,

Müəllimin sına sazı Xuluqda.

Xuluq kəndi, 1920

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info