Qonaq Kitabı
BALALARIMA

Aydın olsun gözləriniz!

Gəldi bahar gülə-gülə.

Gedən qışdan qalmaz bir iz:

Gəldi bahar gülə-gülə,

Oldu bahar gülə-gülə.

 

Çıxsın kəfəndən təbiət,

Yaz yağışı böyük nemət.

Qoy olsun Yer üzü cənnət

Gəldi bahar gülə-gülə,

Oldu bahar gülə-gülə.

 

Çal qış! Buyur, uğur olsun,

Qır saçını cinlər yolsun.

Gəl ay Durna, gəl, ay Dursun.

Oldu bahar gülə-gülə,

Gəldi bahar gülə-gülə.

 

Yaman günün ömrü azdır,

Mövsümlərin gülü yazdır.

Oldu bahar gülə-gülə,

Gəldi bahar gülə-gülə.

 

Böyük dərddir vətən dərdi,

Bu qış sizə ağır gəldi.

Gəlin, quşlar Yazdır indi.

Oldu bahar gülə-gülə,

Gəldi bahar gülə-gülə.

 

Toplayıb bir dəstə çiçək,

Di gəlin məktəbə gedək.

Tənbəlliyə lənət edək.

Oldu bahar gülə-gülə,

Gəldi bahar gülə-gülə.

 

1917



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info