Qonaq Kitabı
BİR MƏCLİSDƏ ON İKİ KİŞİNİN SÖHBƏTİ

Vəkil

Həqsizə həqli deyib, bir çox günaha batmışam.

Həkim

Dərdi təşxis etməyib, qövm-əqrəba ağlatmışam.

Tacir

Mən həlal ilə həramı bir-birinə qatmışam.

Rövzəxan

Ümmətin pulun alıb, mən gözlərin islatmışam.

Dərviş

Nerdə bulsam soq açıb, min-min yalan söz satmışam.

Sofi

Ruzü şəb həq-həq deyib, mən hər kəsi oynatmışam.

Molla

Gündə bir fitva verib, məxluqu çox aldatmışam.

Elm

Qəti-ümmid etmişəm, yeksər bu qövmi atmışam.

Cəhl

Ortada keyf eyləyib, mən həm məramə çatmışam.

Şair

Bülbülə, eşqə, gülə dair yalan fırlatmışam.

Əvam

Anlamam hərgiz, cəhalət bəstərində yatmışam.

Qəzetəçi

Mən cəridəm dolmaq üçün mətləbi uzatmışam.

 

 

Ilk dəfə “Molla Nəsrəddin” jurnalında (10 fevral, 1906, â„– 33) “M.Möhtəmil” imzası ilə çap olunmuşdur.

 

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info