Qonaq Kitabı
Ağanın kənizi

– Kim bilir? – demişdi.

Üç gün Məşədi Mürsəl evdə əyləşib, görüşünə gələnləri qəbul etdi.

Üç gün tamam olandan sonra arvadına dedi ki, daha evdə oturmayacaqdır, ona görə süfrə yığıla bilər.

Xavərnisəyə kömək edən arvadlar da xudahafiz edib, evlərinə getdilər.

Xavərnisənin böyük bacısı gedərkən, Xavərnisəyə dedi ki:

– Məşədiyə fikir ver, gör bəlkə bu iranlı qızını arvad alıbdır.

Əvvəlcə ürəyinə bir şey gətirmək istəməyən Xavərnisə yavaş-yavaş şübhələnməyə başladı.

“Ağanın kənizi” əvvəl günlərdə heç bir iş görmək istəməyirdisə, ona iş vermək istəyən də yox idi. Amma aşkar görünürdü ki, bu “kəniz” kəniz deyil, bir xanım kimi özünü saxlayır...

Xüsusən Məşədi Mürsəlin “ağanın kənizi”nə olan xüsusi rəftarı Xavərnisənin düşünməsinə səbəb olmuşdu. Necə də olmayaydı!

Məşədi Mürsəl hər dəqiqə “ağanın kənizi”ndən əhvalpürsan olur:

– Ürəyin sıxılırmı? Nə istəyirsən de, hazır etsinlər, – deyirdi.

– Bəs sıxılmayır? Heç səni görməyirəm, – deyə “kəniz” şikayət edirdi.

Xavərnisə bu sözləri boş söhbət hesab edə bilməzdi. Bunlar onun fikir-qəmini artırırdı... Amma zahirdə heç bir şey göstərmək istəməyən Xavərnisə, xəlvətcə ağlayır, həm də saatlarca ağlayırdı. Sonra yenə özünə təsəlli verərək: “Yox, Məşədi Mürsəl belə iş görməz”, – deyə fikir edirdi. Axırda davam etməyib, Xavərnisə bir axşam ərindən “ağanın kənizi”ni alıb və ya almadığını sordu və ağanın qəbrinə and verib doğrusunu söyləməyi təklif etdi.

– Bu mənim işim deyildir, bu ağanın işidir. Ağanın sözündən kim çıxa bilər! Ağa belə istəmişdir. Mən məcburam, – demiş və bu məlumatı vermişdi: – bir gecə yuxumda gördüm ki, ağa məni çağırır. Getdim, dedi ki, sən gərək mənim kənizlərimdən birini özünlə aparasan. Ağanın sözünə qarşı nə demək olar? Sabah tezdən gedib şeyxə söylədim. Şeyx dərhal bu kənizi çağırıb kəbinini oxudu və dedi ki, ağanın mərhəmətinə şükür et, bu kənizi apar. Mən elə etdim, bu qadın yenə “ağanın kənizidir”, mən də ağanın dediyinə əməl etmişəm... Qurban olum ağanın mərhəmətinə! Çünki şəriət...

Xavərnisə ərinin sözünə qulaq asa bilməyib, ağlamağa başladı. Yazıq arvadın gözlərindən axan ixtiyarsız göz yaşları qızarmış yanaqlarına bir məlahət verirdi. Xavərnisə bu gecəni sübhədək ağladı, daha Məşədi Mürsələ bir söz demədi, ya da nə deyə bilərdi?

Səhər tezdən bacısı və qardaşı arvadının dalınca adam göndərib çağırtdırdı. Əhvalatı onlara nağıl etdi. Onlar dərhal dua, tilsim yazdırmasını məsləhət gördülər.

Xavərnisə buna razı olmadı.

– Dua, tilsimin iki tərəfi ola bilər, – dedi və məyus baxaraq, iki dizini qucaqlayıb ağlamağa başladı.

Bacısı Xavərnisənin sözünə baxmayaraq, tez molla Cəlilin yanına gedib bir dua yazdırdı, lakin bu duadan bir şey hasil olmadı. Irandan təzə gəlmiş mötəbər bir seyidə tilsim oxutdular, yenə bir nəticə görünmədi.

Beləcə “ağanın kənizi” Məşədi Mürsəlin arvadı olaraq qaldı.

       

1924

 



 
[1] [2] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info