Qonaq Kitabı
Hürriyyət günəşi

Yarımçıq fikirlər


Qara buludlar günün şüasını bizdən gizləyirkən, gün o şərarəli oxlarını bizə çatdırmağa çalışırdı. Buludlar çox qalın, günün şüaları kəskin, iti! Mübarizə! Bəli bu mübarizədə kim məğlub olacaqdı?

Buludların beləcə günün şüasını bizdən aldığını, bizi məhrum etdiyini görüb biz əlləşərdik, çalışardıq ki, o namərbut qara buludları başımız üstündən rədd edək.

Lakin biz nə qədər gücsüz idik! Ancaq bizim ah və nalələrimizdən vücudə gələn yeni bir qəvi yel, külək lazım imiş ki, üstümüzdəki qara buludları rədd eləsin.

Qəvi yel əmələ gəldi və günün şüasını bizdən alan buludları silib süpürdü. Buludlar yox oldu, günün, o mövcudata həyat bəxş edən günün gözəl şüalarını aldıq.

İşıqsızlıqda, buludlar altında, zülmət içində əzilib ölməkdə olan vücudumuzda həyat əsəri görsəndi. Biz vücudumuzla dirilməyə başladıq; hərəgətimizlə diri olduğumuzu bildirdik. Indi göstərək ki, biz yalınız diri deyil, həmişə nə kimi mübarizə olursa-olsun, mübarizəyə də müqtədir, yaşamağa da müqtədirik.  


1917                     

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info