Qonaq Kitabı
Quşlar kimi azadə

Yaşamaq, onda da

                                                                                                                            quşlar kimi azadə

 

Ancaq belə yaşamaq insan üçün istəməli və arzu edilməlidir. Hər bir tərəfə, hər bir yerə, hər saatda uça bilən quşlar, bu nöqteyi-nəzərdən böyük azadəliyə malik isələr də fəqət bu azədəlikləri də qorxusuz deyildir.

Quşlar bir-birlərindən, həmcinslərindən qorxmazlar. Onlarda qorxu insanları görəndə müşahidə olunur...

İnsan olmayan yerdə ki qorxu yoxdur. Nə üçün qorxsunlar?

Gedək ormanlara, çəmənlərə, dağlara oradakı quşlar necə azadədirlər. Azadə...

Biz deyirdik biz də azadə yaşamaq istəyiriz. Fəqət nə kimi azadə?

– Quşlar kimi azadə?

 

1912

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info