Qonaq Kitabı
Pasport məsələsi

Davudxan Nüsrətülvüzarə cənablarının nəzəri-diqqətlərinə: bu gün Ümumqafqaz əyalətinin hər bir tərəfində hammallıq və fəhləlik kimi alçaq işlərlə imrari-məişət edən hər bir İran təbəəsinin “Milli pasport”un qiymətinin günü-gündən ağırlanması vasitəsilə düçari-intəhasız fişar və səubatlar olduğu məlumunuzdur zənn edirik.

Məxsusən hər gündə yarım manat və yaxud 60 qəpiyə əvəz olaraq Badikubənin neft quyularında öz şirin ömür və ləzzətli həyatını məişətinə qurban edən hər bir İran fəhləsi il başında pasportunu təzələmək üçün verdiyi 8 manatı böyük bir cərimə kimi ədd edir.

Baxüsus bu son zamanlarda hər bir təzə pasport alan və yaxud İrana getmək üçün öz pasportunu imza etdirməyə konsulxanaya gətirən şəxsin əksi salınıb və pasporta zəmimə etmək kimi yeni bir qayda dəxi icad edilmişdir.

Zatən bu qaydanın qoyulması bəzi-bəzi təqəllübatın qabağını kəsmək üçün hər bir kəs tərəfindən şayəni-təhsin olan bir tədbirdir. Fəqət 10 qəpik, nəhayəti 15 qəpikdən ziyadə bir qiymətə layiq olmayan əks üçün hər bir pasport sahibindən 50 qəpik pulun alınması cəmaət arasında bəzi-bəzi şübhəli xəyalət tolid etmişdir.

Binaən ileyh biz neçə nəfər bu məktubu imza edən İran təbəələri həmin bu məsələnin əllini hüzuri-alilərinizdən təvəqqe edib və haman 50 qəpikdən artıq qalan 35 qəpiyin nerəyə gedib və yaxud Vətən və millətimizə aid olan ümurati-xeyriyyənin hansı birisinə sərf ediləcəyi barəsində ciddi tovzihat istəyirik.

 

M. Ə. Mənafzadə

“Sədayi-həqq”, 4 dekabr 1912, â„– 216

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info