Qonaq Kitabı
Təbriz “ümumiyyəti”

Bu günlərdə qəzetlərin İran xəbərləri zilində nəşr etdikləri şayiatdan birisi də, guya Təbrizin “ümumi” əhalisi tərəfindən İranın nizam və istiqlallığını bərpa üçün Məhəmmədəli Mirzənin yenidən İrana qayıtması barəsində rus general konsuluna verilən ərizədən ibarətdir.

Vətən və millətimizin girdabi-izmehlalda düçar olduğu şədaidi-cansuzun vəxamətini nəzərə alıb dünyalarca yəs və təəssürata uğraşdığım halda fövqədə zikr olunan xəbərin mütaliəsi, baxüsus onda qeyd edilən ləfzi-“ümumiyyət” ixtiyarsız olaraq məni gülməyə məcbur etdi.

Biz öz aləmimizdə bu növ şayiələrin hansı bir acentə vasitəsilə müxabirə edildiyini kamilincə bildiyimiz üçün heç zərrə qədər də olsa təəccüb etmirik. Fəqət bizi əndazəsiz heyrətlərə salıb və biixtiyar gülməyə məcbur edən bir söz varsa, o da müxbiri-məhmərəmin yazdığı ləfyi “ümumiyyət”dir.

Müxbir yazır ki: “Təbriz əhalisinin “ümumiyyəti” təsdiq edir ki, Məhəmmədəlidən başqa heç kəs İranın bu günkü xüdsərlik və binizamlıqlarını yatırmağa qadir ola bilməz!..

Əcəba?..

Bu gün başdan-başa aləmi-islamın hər bir nöqtəsini mülahizə edəsən (hər xüsusda olur olsun) zərrə qədər tapılmayıb, avam istilahınca kimya hikməti almış bir şey varsa, o da “Ittihad” və “Ümumiyyət”dən ibarətdir.

Hənuz bu günə kimi müsəlman aləminin hər bir yerində olursa olsun ümumiyyəti-mənəviyyəni ehya edən bir ruh görünməmiş; binaən ileyh aləmi-islamın külliyyəsini nəzərə aldıqda onun bir balaca nüqtəsi hesab edilən Təbriz şəhərinin bu yalançı “ümumiyyəti” bizi bir çox-çox mütəhəyyir etdiyindən sonra bir qədər də gülümsənməyə məcbur edir.

Guya müxbirin şaye etdiyi bu “ümumiyyət” ay yarım bundan əqdəm Səmədxanın təhrikatı ilə Sipəhdarın uyezdinə olaraq məmləkətin binizamlığından istifadə edən bir neçə nəfər müftəxor əcamir ovbaşın Təbriz məscidlərində yığışıb və hər növ təftinatda bulunmaları kimi bir “ümumiyyət”dən ibarətdir.

Bəli, şübhəsiz də gərək belə olsun!...

Zira bu günkü gündə özlərini Təbriz camaatının hər bir hüquq və ixtiyaratına malik bilən Səmədxanlar, Hacımirzə Həsənlər, İmamcümələr, şeyxülislamlar, Hacı

Müqəddəslər, Mirzə Tağı Eynəkilər və sair bunlar kimi mucəssəmeyi-şəqavət olan əşxasi-Dənaətpərəst özlərinin biçarə camaata qarşı şimdiki müzalimi-vicdansuzanələrinin daimi surətdə payidar qalması üçün Məhəmmədəlinin təzədən İrana qayıdıb və daireyi-səltənəti işğal etməsini əvvəlinci bir vəsilə zənn edirlər.

İşxə müxbirin yazdığına bina, Təbrizdə Məhəmmədəlinin İrana gəlməsinə tərəfdar olan “ümumiyyət”, fövqədə zikr olunan əşxasilə bərabər pul və qarət təleinə onların başına yığınan bir taqım şəhərin əcamir-ovbaşından ibarət olması şəksiz bir həqiqətdir.

Və illa Məhəmmədəlinin vəliəhdlik zamanında on iki il tamam düçari-fəlakət olan Təbriz cəmaəti birdən-birə o zamanlarda təhəmmül etdikləri zülm və təxtiyati fəramuş edib yenə bu gün müşariileyhin əlilə İran inqilabının islah ediləcəyinə bavər edə bilməzlər.

Bundan maida Məhəmmədəlinin keçən il fəqət Astarabada gəlməsilə İranın hər bir nüqtəsində başlanan inqilabatın hənuz bu günə kimi davam etməsi tamam İran cəmaətinə müşariileyhin nə novilə islahpərəst olduğunu kamilincə isbat etmiş...

“Əmniyyətxah və islahpərəst!” Məhəmmədəlinin il yarım bundan əqdəm İrana gəlməyi vasitəsilə başlanmış inqilabatın nəticəsi bu gün dünya tarixində ən qədimraq və məşhürraq bir məmləkətin həyat və istiqlalını məhv edir.

Səmədxanların Təbrizdə tökdüyü qanların, Şücanizamların Mərənddə vurduğu odların, Mücəlləl və Mühəssən xanların Ərdəbildə oynadığı rolların, Əbülfətxanların Astarada yandırdığı evlərin, Cahanşahxan və Məhəmmədxanların Zəncanda etdikləri cinayətlərin, türkmənlərin Mazandaranda göstərdikləri şəqavətlərin, bəlalərin, Yusifxan və Talibül-həqlər vasitəsilə Məşəddə əmələ gələn iqdamati-islamsüzanə zəmimələrin hamısının bais və banisi Məhəmmədəli olduğu heç bir kəs tərəfindən inkar edilə bilməz.

Binaən ileyh din və milləti nabud edib və islamiyyəti ayaq altına salan bir belə zatın tərəfdarlığında Təbrizd 280 min nəfər nüfuzu “ümumiyyət”lə müttəhim

etmək insaf dairəsindən min illərcə uzaqdır...

 

M. Ə. Mənafzadə

«Sədayi-həqq», â„– 154, 21 sentyabr 1912

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info