Qonaq Kitabı
Berlin ”“ Vyana

Son Vyana inqilabının  mübariz qəhrəmanlarına.

Teleqraf telləri üç-dörd gün olar

Titrəyən bir əsəbi səslə yanar -

Bir xəbər yaydı bütün yer üzünə

Qanlı Qərb ölkələrindən ki, yenə,

O faşist adlanan alçaq canavar

Ki, onun əyri bitən dörd qolu var,

“Leypsiq” altında yeyən zərbələrin

Acısından canı yanmış, qalmış

Dişlərindən tökərək qanlı irin,

Quduz itlər kimi bir hal almış.

 

Üşbu hal ilə o müdhiş heyvan,

Vyana işçiləri üsyanından

Xəbər aldıqda, gəlir qeyzə, coşur,

Kapital sinfinə imdada qoşur.

Neçə günlərlə sürən qanlı vuruşma

Əmək uğrundakı bu şanlı ordunun

Qəhrəman işçi mübarizlərinin

Ölümü ilə bitibsə, ancaq bu dərsi

Əks təsir oyadır başlarda,

İşçi, həp kəndli yoldaşlarda.

Öylə təsir ki, ondan, ancaq

İşçilər kütləsi bir dərs alacaq.

Yenə beş gün sora əllərdə yaraq

Qəhrəmanlar kimi baş qaldıracaq.

 

Bu gün ancaq kapital heykəlinin

O çürük dişləri sarsaqca gülür.

İşçi üsyanını boğmuş əlinin

Pəncəsindən hələ də qan tökülür.

O bu işlərdə, bu imkanlarda

Həp faşist “ilahəsindən” güc alır.

Sərxoş olmuş kimi şantanlarda

Tans edir, “Şanlı” zəfər marşı çalır.

 

Bu qədər gurlama, hayqırma, saqın...

Ey qudurmuş kapital, dinlə sən... a!

Bil ki, atəşli yaraqlarla yarın

Qalxacaqdır yenə Berlin... Vyana.

 

Mənafzadə Sabit

“Zəhmət” â„– 14, 30 mart 1934

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info