Qonaq Kitabı
Boşboğaz

Sözlə deyil, işlə maraqlan bir az,

Ey quru naqqallıq edən boşboğaz!

 

Yaxşı “udarniksən”, həqiqət, sağ ol!

Sözdə yüz on beş, işdə nol!

İş görəcək yerdə “söz” oynarmı rol?

Temp ilə iş görmək üçün güclü qol,  –

Qüvvə gərəkdir, nə ki, qırx dilli saz?

Boşla bu naqqallığı, ay boşboğaz!

 

Bizdə hər üstünlüyə güc vardısa,

Zərbəli işdən gərək alsın qida!..

Səndə var ancaq quru boş bir səda,

Böylə “udarnikliyə” ruhum fəda!

Sözdə dərin, işdə təmamən dayaz,

Nitq ilə dünyanı yoran boşboğaz.

 

Qurduğumuz zərbəli işlərdə pək,

Bir para nöqsanlarımız var demək.

Söylə bu nöqsanları sətr eyləmək,

Kütlədən islah üçün etməz kömək.

Nə yeni tənqid, nə bir etiraz,

Boşla bu naqqallığı, ay boşboğaz.

 

Firqəmizin tutduğu yüksək məram,

Həp vuruşub sinfi yox etmək təmam

Səndə ki, yoxdur bu ləyaqət, balam,

Bas bayıra, bizdən açıl, vəssalam.

Get bütün ömründə söz əzbərlə, yaz!

Hər kəsi sözlərlə boğ, ey boşboğaz.

 

Mənafzadə Sabit

Zəhmət” â„– 16, 16 mart 1934

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info