Qonaq Kitabı
Şikayətim

“Zəhmət” baba! Varımdı əlindən şikayətim,

Nəşrinlə artdı çünki mənim dərdü möhnətim.

Canım, dolaşma Seyyidə, mollaya, dərvişə,

Açma əvamə sirrimi, gizlət cinayətim.

Zikrim, ibadətim, mənim, əlbəttə, puldu, pul!

Bundan ziyadə millətə dəyməz himayətim.

 

Saymaq əvamı adətimizdir qədimdən,

İsbat üçün bu sözləri var min-min ayətim.

Millət mənimdi, mən də ki, millət ağasıyam,

Şamildi onlara gecə-gündüz inayətim.

Bica bağırma, eyləmə fəryad boş yerə,

Onlar eşitməyib, budur axir nəhayətim!

 

“O... Molla”

“Zəhmət” â„–8 (18) 16 fevral 1926

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info