Qonaq Kitabı
Yarəb!

(Müftəxorlar Marşı)

     Allaha verdikləri ərizə münasibətilə

İllərcə böyük “mərcə” ikən millətə, yarəb!

Axırda düçar olduq əvəb zillətə, yarəb!

Həqq öldü, həya getdi, hər iş zərbazar oldu.

Millətdə bəsirət gözü bağlandı, kor oldu.

“Şirin” sözümüz döndü ağızlarda “şor” oldu.

Hər ölkədə məşhur adımız “müftəxor” oldu.

Səbr etmək olurmu bu yalan “şöhrətə” yarəb!

Axırda düçar olduq əcəb zillətə, yarəb!

 

Biz müftə yerə kimsəyi aldatmarıq, heyhat,

Aldıqsa da “pul” verdik “əvəz” hər kəsə qat-qat.

Həp verdiyimiz əski “şeun”, əski “xurafat”.

Axırda ki, xalq açdı gözün... qıldı mükafat

Çoxdan bəri bu çəkdiyimiz zəhmətə, yarəb!

Son gündə düçar olduq əcəb zillətə, yarəb!

 

Bəs bunca cəfa, bir belə zəhmət hara getdi?

Ədyanə tərəfdar olan ümmət hara getdi?

Ümmətdə o “ixlas”, o hörmət hara getdi?

Bir süfrədə yüz min cürə nemət hara getdi?

Olmazmı əlac üşbu fəna “illətə”, yarəb?

Axırda düçar olduq əcəb zillətə, yarəb!

 

Derlər ki, bu gündən bəri hər kim ola zinhar,

Xalqın öləyim yaşayan şəxsə cəza var?

Hər kəs yemək istərsə gərək işləyə naçar,

Bəsdir, dəxi gəl, bir kərə öldür bizi qurtar.

Yox səbrimiz hər gün yönlə bir “bidətə”, yarəb,

Axırda düçar olduq əcəb zillətə, yarəb!

 

Dastançı

Molla Nəsrəddin” â„– 25, 29 noyabr 1924

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info