Qonaq Kitabı
Yat, yuxla, a qardaş

Ey mehri-dilim, seyr elə dünyanı sərapa,

Şövqilə gəlib eylə gülüstanı təmaşa.

Əxlaqını dərk et müsəlmanların ondan,

Qıl boynuyoğun sahibi-milyanı tamaşa.

 

Pəh-pəh, nə gözəl sevməlidir indi bu dövran,

Əflakə çıxıb, şölələnib şəni-müsəlman.

Əlminnəti-lillah ayılıb milləti-islam,

Heç işdə bizim yoxdu dəxi zərrəcə nöqsan,

Hər şəhridə məftuh olunub tazə binalar.

Səyilə bizim millət olub şöhrətə şayan,

Məktəbləri seyr eylə, əvət cümlə münəzzəm

Afaqi münəvvər eləyib elmilə ürfan.

Ey mürği-dilim, eylə bu ürfanı tamaşa.

 

Bu millətə diqqətlə bax, ey arifi-kamil,

Bəzisi olub cənnət ilə kövsərə mail.

Bir firqəsi şiə, biri sünni, biri cəhri,

Möminləri gör cümlə olub cəhlilə zail,

Çox firqəsi var əldə əsa, başda “silindr”,

Bəzisi olub çəngü neyü, mütrübə mayil,

Diqqətlə nəzər qılsa əzillər qılır heyran,

Qafqazlıları cümlə olub elmilə aqil.

Ey mürği-dilim, qıl belə bir şanə tamaşa.

 

Bir başqa zaman üzrədir islamda rəftar,

Bir firqə görürsən ki, olub fəqrə giriftar.

Bir boynuyoğun sahibi-milyan edir işrət,

Yoxsulları heç yadına salmır bu cəfakar.

Fəqr əhli yatır ac, yalavac, loğmayə möhtac.

Heç kimsəyə öz fəqrini həm etməyir izhar,

Fəqr əhli acından ölə, ey sahibi-sərvət,

Rəhm etməgilən, adına söylənsə də biar,

Ey arif olan, qıl belə insanı təmaşa.

 

Dərgahi-xudadan qovulan elmli bir zat,

Şəhr içrə müəllimlik edir daimül-ovqat.

Hər əmri-qəbih olsa bunun adəti olmuş

Namusunu millətlərara eyləyir isbat.

Axşam kafe şantanlardı əsli məkanı,

Gündüzləri məktəbdə verir dərsü kitabat.

Bir şəxs ki, mənfur ola şəhr içrə sərasər

Şagirdi bunun tərbiyə tapmaz dəxi heyhat.

Könlüm, elə bu elm ilə ürfanı təmaşa.

Ay mömün olan, yat, dəxi qəflətdən ayılma,

Elmü hünər əxz eləyib insan da sayılma,

Yat həftələr, aylar,

Yaz, qış, daha yaylar.

Təqsim edər Allah,

Rizvani də paylar.

Orda sənə qismət

Qılman, o malaylar,

Yat, yuxla a qardaş,

Qəflətdən ayılma.

 

Qozbel

Aşqabad, “Tuti” â„– 15, 23 aprel 1916

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info