Qonaq Kitabı
Kooperativ

Nəşə gedir, fikir azır, ağlım qaçır,

Ölkədə tutduqca məkan kooperativ.

Hey çalışır, hey vuruşur, hey açır

Gündə beş-on yerdə dükan kooperativ.

 

Hər biri bir ismilə eylər biruz

“Kastpo”, “Raytorq”, “Pomoş”, “Baksoyuz”.

Müştəri çox, mal dolu, qiymət ucuz,

Nəşəmizi pozdu aman kooperativ,

Alveri sındırdı yaman kooperativ.

 

Xalqı çürük mallar ilə aldadır,

Pəndirə duz, şirniyə dərman qatır.

Bir mağazin əlli cürə şey satır,

Ət, çörək, istiot, şüvəran kooperativ,

Nəşəmizi pozdu yaman kooperativ,

 

Gündə “çilen” toplayır hər sarsağı,

Qıllı Qasım, bitli Fərəc, kor Nağı,

Onlara da satdığı donquz yağı,

Hər işi islamə ziyan kooperativ,

Alveri sındırdı yaman kooperativ.

 

Bizlər idik büsbütün əvvəlləri

Müştərinin Allahı, peyğəmbəri...

İndi çıxıb ortaya hər sərsəri

Adını da qoydu “Filan kooperativ”,

Nəşəmizi pozdu yaman kooperativ.

Bircə dayan, kooperativ,

Halimə yan, kooperativ,

Mən yazığa bu qədər...

Vurma ziyan, kooperativ.

 

Dastançı

Molla Nəsrəddin” â„– 24, 22 noyabr 1924

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info