Qonaq Kitabı
Şeyxin minbərdəki sol mövizəsinə ithaf

Dün gəldi bizə gülməli bir naməsi Şeyxin,

Minbərdə yenə başladı həngaməsi Şeyxin.

 

Derlər ki, o gün movizə zimnində bu həzrət

Ağzın açaraq yümdu gözün, başladı töhmət,

Hərdəmxəyala verdi öz əxlaqını nisbət.

Bir çoxu atılıb-düşdü, qızıb coşdu nəhayət,

Dərvazə sınıb laxladı həncaməsi Şeyxin.

Titrətdi bütün məscidi həngaməsi Şeyxin.

 

Haqsız da deyil, çünki bu günlərdə mükərrər

Jurnalımızın mündərəcatındakı sözlər

Açmış, açacaq bunların əmalını yeksər,

Bundan dolayı qeyzə gəlib Şümri-sitəmkər

Fitva yazıyor qətlimizə xaməsi Şeyxin,

Afaqı basıb şurişi, həngaməsi Şeyxin.

 

Hər həftəki vəznində bu “qəllaşi-qədimi”,

Quldurlara məxsus bilir nari-cəhimi.

Bir parça düşün eylə həkəm əğli-səlimi

Məkr ilə çalınmış füqəra malı deyilmi?

Səccadəsi, ləbbadəsi, əmmaməsi Şeyxin,

Nəleynləri, şalvarı, zircaməsi Şeyxin.

 

Məşhəddə olan vaxt bu əllameyi-dövran,

Etmiş sarı bir dilbərə təslimi-Giriban,

Son hər ikisi birgə olub azimi-Tehran,

Ondan sora təbdil olunur vislətə hicran.

Tehranda yaşar indi də Quttaməsi Şeyxin,

Hər yanda qopub bir belə həngaməsi Şeyxin.

 

Dastançı.

Molla Nəsrəddin”, â„– 21, 1 noyabr 1924

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info