Qonaq Kitabı
“Din inqi1abçısı”

Ayrıldı “siyasət” yolu, bir neçə qol oldu,

Mən bilməz idim böylə... bu yol başqa yol oldu.

 

Dövran dəyişilməkdə, xarab olmada heyhat...

Bir gün, məsələn, bizlər üçündür demokrat –

 – Bir dövri-səadətdi... fəqət indi bu ovqat,

Hər ölkədə, hər firqədə sağ döndü sol oldu,

Mən bilməz idim böylə... bu yol başqa yol oldu.

 

Min zövq ilə hürriyyətin əvvəlki zəmanı

Derdim ki, müsəlman tutacaq cümlə cahanı.

Hər işdə rəis eyləyəcəklər “üləma”nı

Son pərdəni qaldırdılar, “rol” başqa “rol” oldu,

Hər ölkədə, hər firqədə sağ döndü sol oldu.

 

İmdi bu gün aləmdəki bu vəlvələvü şür,

Pozdu bütün əhvalımızı, eylədi rəncur.

Həp fəhlə kimi işləməyə, “zəhmət”ə məcbur.

İşdən sarı pambıq kimi əllər mazol oldu,

Mən bilməz idim böylə... bu yol başqa yol oldu.

 

Yandırdı fələk bağrımı hər gün məni sıxdı

Başdan-başa məmureyi-amalımı yıxdı.

İllər uzunu zəhmətü səyim heçə çıxdı,

Yüz minlərim, sərvətim axırda “nol” oldu,

Mən bilməz idim böylə... bu yol başqa yol oldu.

 

Əvvəlki Əyalım qabarıb üstümə qalxdı,

Son aldığım arvad məni birdibli buraxdı,

İsmətli qızım açdı üzün məktəbə axdı.

Oğlanlarımın hər biri bir komsomol oldu,

Mən bilməz idim böylə...  bu yol başqa yol oldu.

 

Dastançı

Molla Nəsrəddin”, â„– 19, 18 oktyabr 1924

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info