Qonaq Kitabı
“İş”lər

Türk işçisinin avam, anlaqsız hissələrinə

 

Zahidin tutduğu hər iş, demə iman işidir,

Yaxşı bax, gör ki, bütün məqsədi “karman” işidir.

 

Əcəba bir kərə görsənməyəcəkmi sənə də?..

Şu fırıldaqları məyus edəcək bir xəndə!

Huşə gəl, yuxlama, qaldır başını, tərpən də

“Sınf”a qoş, “zəhmət”i qan, ay qanacaqsız bəndə,

Sınfı qanmaq sənin hər dərdinə dərman işidir,

Səni təsvir edəcək din deyil, ürfan işidir.

 

Bunca illər sənə hər mətləbi açdım ələni,

Söylədim, ac qalaraq bəsləmə hər cibkəsəni?

Yenə axırda – çocuqsan – deyə, aldatdı səni.

Aşqabadda “Lotu Seyyid[1], Bakıda Şeyx Qəni

Cibini soydu, dedi, dinmə, bu ehsan işidir,

Cənnətin mömün vəd etdiyi qılman işidir.

 

Sən dayan! Boynuyoğun pullu manatın versin,

Həm də Allahına öz sövmü səlatın versin.

“Seyidə” xümsünü, mollayə zəkatın versin,

İndidən cənnətə veksilli bəratin versin,

Bu qadar verki, rüsum sərvəmü saman işidir,

Fəhlənin borcu deyil, bəy peşəsi, xaç işidir.

 

Dünən “həmşəri palanındakı” məsciddə təraz

Yeddi səf hambalı gördüm, hamı məşğuli-namaz

Məni bu mənzərə toxtatdı, düşündürdü bir az,

Çağırıb, mətləbi bir yoldaşa qıldım ibraz.

Dedi, sən bu işə baş qoşma, müsəlman işidir,

Əsrə biganə qalan bir sürü nadan işidir.

 

Qədimki Dastançı

Molla Nəsrəddin”, â„– 12, 4 oktyabr 1924



[1] Mir Cavad oğlu Seyid Hüseyn

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info