Qonaq Kitabı
Töhfeyi-ədəbi

(Oxuculara bayramlıq)

Tənha qalaraq fikrim

Hərdəm məni bir yanlar.

Söylər ki, həqiqətdə

Sarsaqlamış insanlar!

İnsanlara üz tutmuş

Bu seyli-bəla nolsun?

Hər kəs çalışır bir cür

Gülzari-vəfa solsun.

Əlhəq bu çalışmaqdan

İnsanlığa ar olsun.

Aya, bu həmiyyətimi?!

Qanim daşıb dolsun

Tufanlı dənizlərtək

Dəvədəki meydanlar,

Bax gör ki, həqiqətdə

Sarsaqlamış insanlar.

 

Bəsdir, dəxi iyrəndim

Nami bəşəriyyətdən!

Bir kəsdə əsər yoxdur

Sevdayi-həmiyyətdən,

Zira ki, dolub başlar

Boş kibrü məniyyətdən.

Tovlid olunur vəhşət

Nami mədəniyyətdən,

Üşbu sözə şahiddir

Nahaq tökülən qanlar,

Bax, gör ki, həqiqətdə

Sarsaqlamış insanlar.

 

Qan içmək üçün düşmən

Sərşari-məsərrətdir.

“Zindani”-qürur içrə

Məhkumi-əsarətdir.

Bu vəchilə insanlar

Şayisteyi-nifrətdir!

Hümmət, a vətəndaşlar,

Kim mövqei-üsrətdir.

Düşmənlə daşıb dolmuş

Vüsətli biyabanlar,

Qan içməyə etmiş

Daş qəlbli insanlar.

 

Əflakə göründükcə

Bu hali-məlalənduz

Yasilə baxar ərzə

Xurşidi-cahanəfruz.

Həp fərqi məlal olmuş

Bu hadisədən novruz.

Çün Qars mahalından

Bu naleyi-vicdansuz

Fəryad edərək səslər:

İmdad, a müsəlmanlar,

Fəryad, a müsəlmanlar!

 

Dastançı

Məzəli”, â„– 10, 7 mart 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info