Qonaq Kitabı
Bitərəf

Verdim elan, bilir xəlq ki, mən bitərəfəm,

Od tutub yansa da İran, desəm “uf” naxələfəm.

 

Nə ricuum qoşulam bu ikisindən birinə,

Düşmərəm mən bunların heç birisinin girinə.

İşlərin qurtarıb hər kəs gedəcəkdir yerinə.

Eybi yox, qan bu vətəndə axa gər su yerinə,

Verdim elan, bilir xəlq ki, mən bitərəfəm,

Od tutub yansa da İran, desəm “uf” naxələfəm.

 

Bilməzəm yüz il əzəldən topu topxanə nədir,

Başa düşməm ki, məriz kimdi, mərizxanə nədir.

Bilməm göydə gedən şey, gedən hər yanə nədir,

Zülfi-dildari düşünnəm, bilərəm şanə nədir,

Verdim elan, bilir xəlq ki, mən bitərəfəm,

Od tutub yansa da İran, desəm “uf” naxələfəm.

 

Yeddi-səkkiz il olur ki, geyinib lalə kəfən,

Şəhri-bazarə girib qarət üçün Şahsevən,

Belə qarətlərə adət qılıb avarə vətən,

Bir səfərlik bu da kürd olsun, o da Şahsevən,

Verdim elan, bilir xəlq ki, mən bitərəfəm,

Od tutub yansa da İran, desəm “uf” naxələfəm.

 

Məni çox dəmlədilər, kim salalar vəlvələyə,

Gördüm hərgiz qutara bilməm ilişsəm tələyə,

Götürüb fövri cavab eylədim ol məsələyə;

Qoftəm: Aya!.. “Bələnçi” qoşulam hər dəliyə?

Verdim elan bilir xəlq ki, mən bitərəfəm,

Od tutub yansa da İran, desəm “uf” naxələfəm.

 

Cəlay Vətən

Məzəli”, â„– 9, 28 fevral 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info