Qonaq Kitabı
Yat ki, yatasan!

Yat, balam! Kim uyğusuzluq səndə peydadır hənuz.

Gözlərindən nəşeyi-siqlət hüveydadır hənuz.

 

Bax, hələ sübh olmamış, çək başə lap yorğanını,

Az yatıbsan, rahat ol, bir qədər toxtat anını.

Uyğu tutcaq durma, genə cənnətdə tap qılmanını.

Vermə fürsət, görcəyin ağuşə çək cananını,

Aləmi-röyadə bu ləzzət mühəyyadır hənuz,

Gözlərindən şöleyi-şəhvət hüveydadır hənuz.

 

Yoxmu ruhun? Böylə halətdən peşiman olma, yat,

Nəfsini incitmə, gəl əsbabi-xüsran olma, yat,

Dinsiz “axmaqlar” kimi hər işdə nadan olma, yat,

Aldanıb boş sözlərə pabəndi-ürfan olma, yat.

Talibi-ürfan olan, məhkumi qovğadır hənuz,

Gördüyü iş, çəkdiyi zəhmət də bicadır hənuz.

 

Baxma kim, bazari-vəhşiyyətdə zülm olmuş rəvac,

“Qarslı” din qardaşların çöllərdə qalmışlar da ac,

Çox qəm etmə, özgələr bu dərdə eylərlər əlac,

Müxtəsər, yoxdur sənə heç bir cəhətdən ehtiyac,

Mövqeyi-zəhmət deyil, vaxti-tamaşadır hənuz.

 

Meylin olsa bir zaman, aç gözlərin, ətvarə bax!

“Gənclərdə” qeyrətü namusi seyr et, arə bax.

“Ev”dəki əhvalı gör, “xaric”dəki rəftarə bax.

Sonyalar hicrində giryan dideyi-xunbarə bax.

Bəxtəvər Məcnunumuz pabəndi-Leyladır hənuz,

Cami-eşq içmiş yazıq, sərgərmi-səhbadır hənuz.

 

Ey könül, bəsdir, burax, bu xəlqə azar etmə çox,

Hər nə gördün, saxla öz qəlbində, izhar etmə çox,

Açma üstün, bir sözü min dəfə təkrar etmə çox,

Sorma bu mətləbləri, hər işdə israr etmə çox.

Çün bu işlər anlaşılmaz bir müəmmadır hənuz!

Yazdığın söz, etdiyin fəryad bicadır hənuz!

 

Dastançı

Məzəli”, â„– 9, 28 fevral 1915

 



 
[1] 
 
© 2011 Ədəbiyyat portalı - www.azerlit.info